Kəlbəcər rayonunda Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyətinin gücləndirilməsi məqsədi ilə Kəlbəcər rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial iqtisadi inkişafın təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, şöbə müdirinin müavini Elnur Hüseynzadə, Kəlbəcər RİH-in məsul əməkdaşı Vüsal Qarayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filalının məsul əməkdaşları Pərviz Əliyev, Hikmət Yusibov, Şərqi Zəngəzur Regional Məşğulluq Filalının Kəlbəcər rayon xidmət şöbəsinin müdiri Emin Kərimov və rayonun idarə, müəssisə rəhbərləri iştirak edib.Görüşdə iş axtaran rayon əhalisinin qısa müddət ərzində işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı birgə fəaliyyət göstərilməsinin vacibliyi vurğulanmış, idarə və müəssisələrdə yaranacaq boş iş yerləri barəsində məlumatları operativ olaraq məşğulluq mərkəzinə göndərilməsini təmin etmək və işsiz vətəndaşlarımızın tez bir zamanda işlə təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur.