Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda Tibb işçilərinin peşə bayramı qeyd olundu.

17 iyun 2025 | 12:23
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov, Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ənvər İmaməliyev və bir qrub tibb işçisi iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Heydər Bəylərov peşə bayramları münasibətilə səhiyyə işçilərini təbrik edərək, onlara bu müqəddəs peşədə yeni nailiyyətlər və əzmkarlıq arzuladı.
Qeyd olundu ki, son illər ölkəmizdə tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, tibbi texnologiyaların tətbiqi, yeni standartlara uyğun islahatların aparılması və həyata keçirilən digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb işçisi peşəsi xeyirxahlıq, peşəkarlıq və mərhəmət tələb edən bir işdir. Nəcib peşə sahibləri olan tibb işçilərimiz öz vəzifə borclarını daim şərəflə yerinə yetirərək insanlara həyatda ən şirin nemət olan can sağlığını bəxş edirlər.
Tədbirdə Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Ənvər İmaməliyev çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası Tibb Işçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ümummilli Liderin keçirdiyi islahatlar tibb sahəsində də öz bəhrəsini verdi, səhiyyənin səmərəsinin yüklədilməsi və intensivləşdirilməsi üçün baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi.
Bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır.
Tədbirin sonunda Tibb İşçiləri Günü münasibətilə xidmətdə fərqlənən bir qrup səhiyyə işçisinə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olundu.
Keçidlər