Kəlbəcər rayonunda Uşaq Səfirlər Məclisinin regional nümayəndəliyinin iclası keçirilmişdir.
05 aprel 2024 | 11:15
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış Uşaq Səfirlər Məclisinin Kəlbəcər rayonu üzrə fəaliyyətə başlayan regional nümayəndəliyinin iclası keçirilmişdir.
İclasda Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kəlbəcər rayon Təhsil sektorunun məsul əməkdaşı,rayon üzrə Uşaq Səfirləri Məclisinə seçilmiş 20 məktəbli və 10 könüllü iştirak etmişdir. İclasda rayon üzrə seçilmiş könüllülərə Uşaq Səfirləri Məclisinin iş prinsipi, qarşıda duran vəzifələr və görüləcək işlər ətraflı izah olunmuşdur.