Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm bayram tədbiri keçirilmişdir.

08 noyabr 2022 | 19:38
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak edib.
Bayram konsertində ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər, şəhid ailələri bildiriblər ki, Şanlı tariximiz olan Zəfər Gününün ölkəmizin hər bir şəhərində,qəsəbəsində,kəndində böyük təntənə ilə sevinclə əsl bayram kimi qeyd olunur.Eyni zamanda vurğulanıb Müzəffər Ali Baş Komandanın, dövlətimizin başçısı cənab İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu daxili və xarici siyasətin, yaratmış olduğu xalq-iqtidar-ordu bilrliyinin nəticəsi olaraq tarixi Zəfər qazanılmış və xalqımıza Zəfər Gününü qeyd etmək qismət olmuşdur.
Müzəffər Ali Baş Komandanın şəhid ailələrinə və qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açan natiqlər bildirmişdirlər ki, bu gündə hər zaman olduğu kimi bütün şəhid ailələri, qazilər veteranlar və xalqımız qüdrətli sərkərdəmizin yanındadır, onun “Dəmir yumruğ”u ətrafında birləşməyə hazırdırlar.
Daha sonra tədbir bədii hissə ilə davam etmişdir.
Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin "Zəfər" gününə həsr olunan bayram konsertində ifa etdikləri vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri rayon sakinləri tərəfindən böyük maraqla qarşılanmışdır.
Keçidlər