Kəlbəcər rayonunda" Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm Zəfər bayramı keçirilmişdir.
09 noyabr 2023 | 05:23
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, ziyalılar, şəhid ailələri, qazilər, veteranları, ictimaiyyət nümayəndələri və Kəlbəcər rayon sakinləri iştirak edib.
Bayram tədbirində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Şanlı tariximiz olan Zəfər Gününün ölkəmizin hər bir şəhərində,qəsəbəsində,kəndində böyük çoşqu,təntənə ilə sevinclə əsl bayram kimi qeyd olunur.Eyni zamanda vurğulanıb Müzəffər Ali Baş Komandanın, dövlətimizin başçısı cənab İlham Əliyevin uzun illərdən bəri apardığı uğurlu daxili və xarici siyasətin, yaratmış olduğu xalq-iqtidar-ordu bilrliyinin nəticəsi olaraq tarixi Zəfər qazanılmış və xalqımıza Zəfər Gününü qeyd etmək qismət olmuşdur.
Müzəffər Ali Baş Komandanın şəhid ailələrinə və qazilərə, Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açan natiqlər bildirmişdirlər ki, bu gündə hər zaman olduğu kimi bütün şəhid ailələri, qazilər veteranlar və xalqımız qüdrətli sərkərdəmizin yanındadır, onun “Dəmir yumruğ”u ətrafında birləşməyə hazırdırlar.Vurğulanıb ki, bu il Zəfər paradının Xankəndində keçirilməsi isə Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqına bəxş etdiyin ən gözəl xoşbəxtlikdir.
Daha sonra Kəlbəcər rayon prokuroru Vüqar Əhmədli, Kəlbəcər rayon Polis Şöbəsinin əməliyyat işi üzrə rəis müavini Habil İsmayılov, Kəlbəcər Rayon Polis Şöbəsi rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi Əyyub Hüseynov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Heydər Bəylərov və bir qrup şəxs Vətən müharibəsi zamanı və sonrakı dövlərdə rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə Kəlbəcər rayon İcra Hakimiyyətinin “Fəxri Fərman”ı ilə təltif ediliblər.Tədbir bədii hissə ilə davam edib.
Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdlərinin "Zəfər" gününə həsr olunan bayram konsertində ifa etdikləri vətənpərvərlik ruhunda müxtəlif musiqi nömrələri rayon sakinləri tərəfindən böyük maraqla qarşılanıb.