Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunun işğal edilməsinin 31-ci ildönümü qeyd edilib.

02 aprel 2024 | 14:08

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Eldəniz Mehtiyev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və veteranlar iştirak edib.Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər şəhidlərinin abidə kompleksində baş tutan tədbirdə, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra ruhlarına dualar oxunaraq, abidə önünə gül dəstələri düzüblər.Şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.Allah cəmi şəhidlərimizə rəhmət eləsin.Məhz Müzəffər Ali Baş Komandanın qətiyyətinin, yenilməz ordusunun rəşadətinin nəticəsində şəhidlərimizin qisası alınmış, üç rəngli Azərbaycan bayrağı bütöv Azərbaycanın, o cümlədən Kəlbəcərin səmasında qürurla dalğalanır.

Keçidlər