Kəlbəcər RİH tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
21 iyun 2025 | 11:23
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçmiş məcburi köçkünlər üçün salınmış Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ağacəkmə aksiyası keçirilib.Aksiyada Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, idarə müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər ilboyu davam etdiriləcəkdir.






