Kəlbəcərdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilib
05 aprel 2024 | 11:18
Ağacəkmə aksiyasında Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH-in əməkdaşları iştirak ediblər.
Məlumat üçün bildirək ki, Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə və Kəlbəcər Şəhidlərinin Abidə Kompleksində, “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı, iməcilikaksiyası keçirilib.Aksiyada ərazilər tullantılardan təmizlənib, ağaclara, gül kollarına qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.
Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər davam etdiriləcəkdir.