Kibertəhlükəsizlik və sosial şəbəkələrdən səmərəli istifadə" mövzusunda təlim təşkil olunub.
10 oktyabr 2025 | 11:05
Təlimdə Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri üzrə məsul katib Oktay Cabbarov, Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov, Kəlbəcər rayon Polis şöbəsinin cinayət axtarış bölməsinin və kibercinayətlərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Alməmmədov iştirak ediblər.
Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun müdiri Musa Mamedov tədbiri açıq elan edərək, mövzu ilə bağlı iştirakçılara məlumat verib.Natiqlər çıxış edərək kibercinayətkarlıqla bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək gəncləri sosial şəbəkələrdən istifadə edərkən son dərəcə diqqətli olmağa və şəxsi məlumatlarını heç kəslə bölüşməməyi tövsiyy edərək gəncləri maraqlandıran sualları cavablandırıblar.






