Şriftin ölçüsü :

Saytın rəngi :

“Konstitusiya və Suverenlik ili”çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirlilib.

13 noyabr 2025 | 11:25
Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov, rayon idarə və müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzin qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, ruhuna ehtiramları ifadə olunub, daha sonra Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən stendlərə baxış keçirlib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirmişdir ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun 30-cu ildönümünü sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratmışdır.Qüruverici haldır ki, biz bu gün Konstitusiyamızın otuzuncu, Zəfərimizin beşinci ildönümünü qeyd edirik.
Daha sonra çıxış edən natiqlər, Kəlbəcər Rayon Məhkəməsinin sədri Həsən Qəniyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Aqil Məmmədov, ADAU-nun Professoru Elman Mövsümov, GDU və UTECA-nın müəllimi, fəlsəfə elmləri doktoru Seymur Xəlilov öz nitqlərində bildiriblər ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunması ilə Azərbaycan xalqı öz tarixinin ən yeni çağına qədəm qoydub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi ilə xalqımız öz siyasi iradəsinin azad ifadəçisinə çevrildi. Müstəqilliyin ilk illərində ölkə dağılmaq və suverenliyini itirmək təhlükəsi ilə üzləşərkən həmin azad, siyasi iradə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etməklə öz tarixi seçimini etmiş oldu.
Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş ümumxalq səsverməsi referendumda qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiya respublikamızın hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətinin və dövlətin əsaslarını müəyyən etməklə və ən yüksək hüquqi qüvvəyə malik olmaqla hüquq sisteminin bünövrəsini təşkil etmiş və əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır.
Keçidlər