“Konstitusiya və Suverenlik İli”ilə bağlı təsdiq edilmiş Tədbirlər Planın Kəlbəcər rayonunda icrasını təmin etmək məqsədi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri ilə görüş keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 fevral 2025-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. “Konstitusiya və Suverenlik İli”ilə bağlı təsdiq edilmiş Tədbirlər Planın Kəlbəcər rayonunda icrasını təmin etmək məqsədi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri ilə görüş keçirilmişdir.Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri iştirak edib.Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən elən edilən “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər yüksək səviyyədə ilboyu davam etdiriləcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlinəcəkdir.