Şriftin ölçüsü :

Saytın rəngi :

Lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Mehtiyev Şəhriyar Mübariz oğlunun ad günündə məzarı ziyarət edilib.

07 yanvar 2026 | 15:05
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Zar kənd inzibati ərazi icra üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Mehtiyev Şəhriyar Mübariz oğlunun ad günündə məzarını ziyarət edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.44günlük Vətən müharibəsində və lokal antiterror əməliyatında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi rəşadətdən, şəhidlərimizin misilsiz şücaətindən bəhs edilib. Şəhidlərimizin əziz xatirəsini hər zaman xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Şəhid Mehtiyev Şəhriyar Mübariz oğlu 7 yanvar 2005-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Əslən Kəlbəcər rayonunun Bəzirxana kəndindəndir. Orta təhsilini Gəncə şəhərindəki ümumtəhsil məktəblərinin birində almışdır. Hərbi xidmətə 2023-cü ilin əvvəllərində çağırılmışdır.
Şəhriyar Mehtiyev 2023-cü ilin 19 sentyabr tarixində Qarabağ bölgəsində Azərbaycan Silahlı Qüvvələri ilə erməni silahlı birləşmələri arasında baş vermiş silahlı toqquşmalar zamanı qəhrəmancasına şəhid olmuşdur. Döyüşlər 24 saat davam etmiş və nəticədə şəhidimiz öz vəzifə borcunu şərəflə yerinə yetirərək ərazi bütövlüyünün təmin olunmasına töhfə vermişdir.
Şəhriyar Mehtiyev Azərbaycan gəncliyinin vətənpərvər, bilikli və təşəbbüskar nümayəndəsi olaraq, öz həyatını vətəninə həsr etmişdir. Onun qəhrəmanlığı və fədakarlığı gələcək nəsillərə nümunə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra Şəhriyar Mehtiyev “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər