“Maliyyə savadlılığı, ailə büdcəsinin idarə olunması, biznes bacarıqlarının artırılması və sahibkarlıq fəaliyyəti” mövzusunda təlim keçirilib
Gəncədə işğaldan azad edilmiş torpaqlara qayıdan əhali üçün şəhərdə müvəqqəti məskunlaşmış Kəlbəcər rayonundan olan keçmiş məcburi köçkünlərin iştirakı ilə “Maliyyə savadlılığı, ailə büdcəsinin idarə olunması, biznes bacarıqlarının artırılması və sahibkarlıq fəaliyyəti” mövzusunda təlim keçirilib.
Təlimdə iştirakçılara maliyyə savadlılığının əsasları, ailə büdcəsi və onun xüsusiyyətləri, ailənin gəlir və xərclərinin təhlili, qənaət vərdişlərinin yaradılması, fövqəladə hadisələr üçün fondun yaradılması, mövsümi xərclərin idarəedilməsi, idarə edilməsi, ağıllı borcalma, sahibkarlıq haqqında əsas anlayışlar, uğurlu biznesin planlaşmasının mərhələləri, biznes ideyanın təsvir edilməsi, marketinq planının hazırlanması, biznes üçün lazım olan resurslar və risklər haqqında məlumatlar verilib.
Qeyd edək ki, tədbir Gəncə Şəhər və Kəlbəcər Rayon İcra Hakimiyyətlərinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutub.