Şriftin ölçüsü :

Saytın rəngi :

Məişət zorakılığını törədən amillər, onun qarşısının alınması, ailə dəyərlərinə və cəmiyyətə mənfi təsiri” mövzusunda tədbir keçirilmişdir.

27 dekabr 2022 | 16:05

27 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə fəaliyyət göstərən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayon 4 saylı körpələr evi-uşaq baxçasının akt zalında Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamıyla təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nına uyğun olaraq tədbir keçirilmişdir. Tədbirdə Kəlbəcər rayon icra Hakimiyyətinin, Kəlbəcər rayon Polsi şöbəsinin, Kəlbəcər rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin məsul əməkdaşları, baxça rəhbərliyi və ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak edib.Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan Respublikasında həyata keçirilən təsirli tədbirlərə baxmayaraq, məişət zorakılığı dünyanın bir çox ölkələrində olduğu kimi ölkəmizdə də problem olaraq qalmaqdadır. Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu məqsədlə beynəlxalq standartlara uyğun müvafiq infrastrukturun yaradılması və məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılması tələb olunur. Natiqlər Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın qeyd olunan məqsədlərə nail olmaq üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulayıb. Eyni zamanda “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə iştirakçılara ətraflı məlumat verilmişdir. Natiqlər habelə məişət zorakılığına qarşı mübarizə və gender bərabərliyinin müxtəlif aspektləri ilə bağlı bir sıra digər sənədlərdə, o cümlədən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda da mühüm vəzifələrin təsbit edildiyi nəzərə çatdıraraq, ölkəmizdə məişət zorakılığı və onun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır. Eyni zamamanda diqqətə çatdırılıb ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Sonda tədbirdə iştirak edən şəxslərin fikirləri dinlənilmiş onları maraqlandıran suallar cavablandırılmışdır.

Keçidlər