Şriftin ölçüsü :

Saytın rəngi :

Milli mənəvi dəyərlərin qorunub saxlanılması prosesində ağsaqqalların rolu mövzusunda tədbir keçirilib.

13 aprel 2026 | 14:58
Tədbirdə Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevə və rayon ağsaqqalları iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev, Kəlbəcər rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Şaban Qurbanov, “Yenilik” rayon qəzetinin baş redaktoru Zahid Muxtar və digər ağsaqqallar çıxış edərək bildiriblər ki, Azərbaycanın ən yeni tarixinə nəzər saldıqda milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı prinsiplərinin banisi kimi Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin şahidi oluruq. Müstəqillik dövrünün təməl daşları üzərində tarixi imzası olan Ulu Öndər xalqımızın Azərbaycançılıq ideologiyasının əsasında gələcəyə gedən yolunu böyük uzaqgörənliklə müəyyən etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan Ümummilli liderimiz Heydər Əliyev bu sahədə lazımlı addımların atılmasına zəmin yaratmışdır. Məhz bunun nəticəsində milli-mənəvi dəyərlər sistemimiz daha da güclənmiş, aşınmadan xilas olmuş, milli dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini vermişdir. Milli mənəvi dəyərlərin qorunub saxlanılması prosesində ağsaqqalların mühüm rolu var. Ağsaqqallar milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gənc nəsillərə ötürülməsində həlledici rol oynayır. Onlar təcrübələri ilə milli-mənəvi irsin, adət-ənənələrin və əxlaqi normaların yaşadılmasına, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək verirlər. Bu, milli birliyin və kimliyin qorunması üçün mühüm əhəmiyyət kəsb edir.Rayon ağsaqqalları vurğulayıblar ki, uzun illər aparılmış məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi 44 günlük aktiv müharibədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi zəfərə nail oldu. Müharibənin ilk günündən Ali Baş Komandanın qətiyyəti, zəfərə inamlı çağırışı böyük ruh yüksəkliyi yaratdı və dinindən, etnik mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq bütün vətəndaşlarımızın güc və enerjisini qələbəyə yönəltdi. Vətən müharibəsi göstərdi ki, lazım gəldikdə bütün ölkə vətəndaşları dininindən, məzhəbindən, inancından asılı olmayaraq bir yumruq kimi birləşə bilir.Bütün bunların təməlində isə Ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərləri özündə ehtiva edən Azərbaycançılıq idealogiyası dururdu.
Keçidlər