Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci Ildönümü Ilə Əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyətində Anım Mərasimi Keçirilib.
12 dekabr 2023 | 13:44
İlk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,hüquq və mühafizə orqanlarının rəhbərləri, əməkdaşları,rayon idarə və müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında dahi şəxsiyyətin büstü önünə əklil qoyaraq tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Anım mərasimində tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.Çıxış edən Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin 1969-1982-ci ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayaraq qeyd etmişdir ki, çətin bir şəraitdə, 1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi, balanslaşdırılmış xarici və daxili siaysəti məhv olmaq təhlülkəsi ilə üzləşən ölkəni fəlakətdən qurtardı. Daha sonra çıxış edən Kəlbəcər rayon Həmkarlar ittifaqının sədri Əli Bağırov və Kəlbəcər rayon su-kanal idarəsinin rəisi Şaban Qurbanov diqqətə çatdırıblar ki, Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilib.Ölkəmizin hərtərəfli inkişafında yeni imkanlar yaradılıb, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq tarixi Qələbə qazanıb və ərazi bütövlüyümüzü təmin edilib.
Yekunda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dahi şəxsiyyət, əvəzolunmaz lider, xalqının inamını və sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün misilsiz xidmətlərindən söz açaraq qeyd etmişdir ki, ölkəmizin müasir tarixinin bütöv bir mərhələsi Ümummilli Liderin adı ilə bağlıdır.Xalqımız Azərbaycanın xilaskarı, müasir Azərbaycanın memarı və qurucusu,türk dünyasının böyük oğlu,dünya şöhrətli siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi daim qalacaqdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.Azərbaycanın dövlət müstəqilliyi ulu öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan, tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordu quruculuğu yüksək zirvəsinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərli ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən zəfər yürüşündə Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazilərimizi düşmən tapdağından azad edərək Ulu Öndərin vəsiyyətini həyata keçirdi. Bu Qələbənin təməlində isə ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadi yüksəlişə yönəlmiş dövlətçilik məfkurəsi, sarsılmaz siyasi iradəsi və ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb.
Həmişə olduğu kimi bu gündə bütün xalqımızla yanaşı Kəlbəcər rayon sakinləri də unudulmaz ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirlər.
Allah rəhmət eləsin, ruhu şad olsun!