Şriftin ölçüsü :

Saytın rəngi :

Mülkü Şəhid Həsənov Zabil Məhəmməd oğlunun məzarı ziyarət edilib.

02 oktyabr 2026 | 09:45

Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhid ailələri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Həsənov Zabil Məhəmməd oğlu 1 iyun 1983-cü ildə Kəlbəcər rayonunun Bozlu kəndində anadan olmuşdur. Kəlbəcər rayonunun işğalından sonra ailəsi məcburi köçkün olaraq Tərtər rayonunun Həsənqaya kəndində məskunlaşmışdır.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Tərtər şəhəri və ətraf yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalmışdır. 1 oktyabr 2020-ci il tarixində Tərtər şəhərinin atəşə tutulması zamanı şəhər avtovağzalına düşən artilleriya mərmisinin qəlpələri nəticəsində Zabil Həsənov mülki şəxs kimi şəhid  olmuşdur. Tərtər rayonunun  Bəyimsarov kəndində dəfn olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər