“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi mövzusunda tədbir keçirilib
12 oktyabr 2026-cı il tarixdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə məişət zorakılığının qarşısının alınması, ailə dəyərlərinin qorunması, insan hüquq və azadlıqlarına hörmətin təşviqi, eləcə də narkomaniyanın cəmiyyətə vurduğu zərər və bu təhlükəli vərdişə qarşı mübarizənin gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Heydər Bəylərov və Hüquq və kadr məsələləri üzrə sektorunun müdiri Faiq Mehdiyev çıxış edərək Dövlət Proqramının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və narkomaniyaya qarşı mübarizənin sistemli şəkildə təşkilində mühüm əhəmiyyət daşıdığını bildirib. O, proqramda müəyyən edilmiş tədbirlərin icrasının yalnız ayrı-ayrı qurumların fəaliyyəti ilə məhdudlaşmadığını, bu istiqamətdə aidiyyəti dövlət orqanları, yerli icra hakimiyyəti və digər qurumlar arasında əlaqələndirilmiş fəaliyyətin vacib olduğunu qeyd etmişdir.
Sonda Dövlət Proqramının müvafiq bəndindən irəli gələn vəzifələrin ardıcıl icrası, mövcud vəziyyətin mütəmadi qiymətləndirilməsi və rayonda narkomaniyaya qarşı mübarizə sahəsində müsbət dinamikanın formalaşdırılması üçün kompleks tədbirlərin davam etdirilməsi ilə bağlı tövsiyələr verilmişdir.






