Rayon rəhbərinin Yevlax rayonu Malbinəsi kəndində səyyar qəbulu zamanı qaldırılan məsələ öz müsbət həllini tapıb.
09 sentyabr 2023 | 12:23
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 25 avqust 2023-cü ildə Yevlax rayonu Malbinəsi kəndində həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar qəbul keçirib. Rayon sakinləri Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciət edərək Yevlax rayon, 40-evlər məcburi köçkün qəsəbəsində sakinlərinin 160 kilovat gücündə yeni transformatorun quraşdırılmasına ehtiyac olduğunu vurğulayıblar.Rayon rəhbərliyi sakinlərin müraciətinə qanunamüvafiq qaydada baxılacağını bildirərək məsələnin həllinə nail olunmasına çalışacağını bildirmişdir. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin müvafiq tapşırığına uyğun olaraq Yevlax rayon, 40-evlər məcburi köçkün qəsəbəsində məskunlaşmış rayon sakinlərinin tələbi ödənilərək 160 kilovat gücündə yeni transformator quraşdırılımış və sakinlərin istifadəsinə verilmişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.