Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ziyalılarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda görüş keçirilmişdir.

17 may 2023 | 14:58
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Vəliyəddin İsmayılov, RİH-nin məsul əməkdaşları, idarə,müəssisə rəhbərləri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak edib.
Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ümumilli liderin xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb.Bildirib ki, məhz Ulu Öndər Heydər Əliyev xalqın ən çətin dövründə xilaskarlıq missiyasını üzərinə götürərək xalqını və dövlətini bəllalardan qutarmış, ictimai-siyasi sabitliyi bərpa etmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtətəfli inkişafına nail olmuşdur.Rayon rəhbəri xalqın xilaskar oğlunun Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və onun siyasi idealogiyasının bu gündə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb.
Daha sonra çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Vəliyəddin İsmayılov, GDU-nun müəllimi, Aqrar elmləri üzrə fəlsəfə doktoru Seymur Xəlilov, GDU-nun müəllimi, kafedra müdrinin müavini Gülüstan Fərəcova və Kəlbəcər şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndə Ülvan Əsgərov Ülu Öndərin tarixi xidmətlərindən söz açmış, müasir, müstəqil Azərbaycan Respublikasının qazandığı hər bir uğurun təməlində Ulu Öndərin duhasının,onun siyasətinin duruduğunu bildirmişdirlər.Eyni zamanda qeyd etmişdirlər ki, nə qədər Azərbaycan var Ümumilli Lider Heydər Əliyev var və onun əbədiyaşar idealları Azərbaycanımızı dahada gücləndirəcək, xoşbəxt gələcəyə aparacaqdır.
Keçidlər