Şriftin ölçüsü :

Saytın rəngi :

Şamaxı rayonu Çuxuryurd və Nağaraxana kəndlərində müvəqqəti məskunlaşmış rayon sakinlərinin müraciətinə yerində baxılıb.

26 may 2023 | 10:43
Şamaxı rayonu Çuxuryurd və Nağaraxana kəndlərində müvəqqəti məskunlaşmış rayon sakinləri Kəlbəcər rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadıqları ərazidə qaz sayğaclarının yenisi ilə əvəzlənməsindən sonra əsassız borc yazıldığını və bu borcun silinməsinə köməkdarlıq göstərilməsini xahiş etmişdirlər.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin müvafiq tapşırığına əsasən RİH-in məsul əməkdaşları Faiq Mehdiyev, Eldəniz Mamedov və aidiyyatı inzibati ərazi dairlələri üzrə nümayəndələr yerində vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyiblər.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şamaxı rayonu üzrə sektor müdiri Ədalət Əliyevin və Azərqazın Şamaxı rayon xidmət sahəsi üzrə satış xidmətinin rəisi Ülvi Babaşlının iştirakı ilə vətəndaşları narahat edən problem dinlənilib və aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı, problemin həllinə çalışılacağı bildirilib.
Keçidlər