Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olunmuşdur.
13 fevral 2026 | 14:33
Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının müavini Fərqanə Əhmədova, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Xidmətin rayon şöbəsinin rəisi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü münasibəti ilə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Dahi Şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısının müavini Fərqanə Əhmədova Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Azər Qocayevin adından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin bütün şəxsi heyətini xidmətin yaranma günü münasibətilə təbrik edərək, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Hazırda Xidmət vətəndaşların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında, həqiqi hərbi xidmətə çağırışında və digər bu kimi məsələlərin həllində əhəmiyyətli rol oynayır.
Tədbirdə iştirak edən yerli hüquq mühafizə orqanlarının rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin əməkdaşlarını təbrik edib, işlərində uğurlar arzulayıblar.






