"Şəhərsalma və Memarlıq İli" çərçivəsində 8 Noyabr-Zəfər Günü ərəfəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ağacəkmə aksiyası həyata keçirilib
04 noyabr 2026 | 12:23
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində 8 Noyabr- Zəfər Günü ərəfəsində keçmiş məcburi köçkünlər üçün salınmış Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə ağacəkmə aksiyası keçirilib.
Aksiyada Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq - mühafizə orqanlarının rəhbərləri,rayon idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin üzvüləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tərtib edilmiş tədbirlər planına uyğun olaraq Kəlbəcər rayon İcra Hakimiyyəti tərəfindən 8 Noyabr-Zəfər Günü münasibətilə silsilə tədbirlərin keçirilməsi davam etdiriləcəkdir.






