Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Memarlıqda milli üslub: Ulu Öndərin müasir Azərbaycan memarlığına töhfələri” mövzusunda tədbir keçirilib.

05 avqust 2026 | 14:26

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, unudulmaz xatirəsi ehtramla anılıb. daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  Eldəniz Mehtiyev  ,Yap Kəlbəcər rayon Təşkilatının əməkdaşları, idarə, müəssisə  rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan memarlığının zəngin tarixi-mədəni irsi xalqımızın milli kimliyinin mühüm tərkib hissələrindən biridir. Milli memarlıq ənənələrinin qorunması, müasir şəhərsalma prinsipləri ilə uzlaşdırılması və gələcək nəsillərə çatdırılması ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın şəhərsalma və memarlıq sahəsində mühüm layihələr həyata keçirilib, milli memarlıq üslubunun müasirliklə vəhdətinə xüsusi diqqət yetirilib. Ulu Öndərin bu sahədə müəyyən etdiyi inkişaf strategiyası Azərbaycan memarlığının milli dəyərlər əsasında formalaşmasına və ölkənin şəhərsalma simasının zənginləşməsinə mühüm töhfələr verib.

Tədbirdə vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ənənələr uğurla davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri zamanı tarixi-mədəni irsin qorunması, milli memarlıq üslubunun müasir şəhərsalma yanaşmaları ilə uzlaşdırılması əsas prioritetlərdəndir.

Xüsusilə Kəlbəcərin yenidən qurulması və bərpası prosesində rayonun tarixi-mədəni irsinin, memarlıq ənənələrinin və təbii xüsusiyyətlərinin nəzərə alınması gələcək şəhər mühitinin formalaşdırılmasında mühüm əhəmiyyət daşıyır.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, milli memarlıq irsinin qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və bu sahədə görüləcək işlərin əhəmiyyəti barədə fikirlər səsləndirilib.

Sonda bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən bu kimi tədbirlər milli memarlıq irsinin təbliği, şəhərsalma mədəniyyətinin inkişafı və gələcək nəsillərdə milli-mədəni dəyərlərə hörmət hissinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Keçidlər