“Şəhərsalma və Memarlıq İli”ilə bağlı təsdiq edilmiş Tədbirlər Planın Kəlbəcər rayonunda icrasını təmin etmək məqsədi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri ilə görüş keçirilmişdir.
18 fevral 2026 | 11:21
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2026-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-ci il “Şəhərsalma və Memarlıq İli” elan edilib. “Şəhərsalma və Memarlıq İli”ilə bağlı təsdiq edilmiş Tədbirlər Planın Kəlbəcər rayonunda icrasını təmin etmək məqsədi ilə rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri ilə görüş keçirilmişdir.Görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov , YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri iştirak edib. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tədbirlər planının icrası ilə bağlı tapşırıqlarını verib.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən elən edilən “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbirlər yüksək səviyyədə ilboyu davam etdiriləcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlinəcəkdir.






