Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bayramov Samir Elxan oğlunun məzarı ziyarət edilib.

03 dekabr 2025 | 14:30
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Taleh Məmmədzadə, Qılınclı və Nadirxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Bayramov Samir Elxan oğlu 15 avqust 1996-cı ildə Göygöl rayonunun Yeni Zod kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə orta məktəb 1-ci sinifinə daxil olub. 2014-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ildə hərbi xidmətini başa vuran Samir Bayramov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Artıq 2017-ci ildən etibarən Silahlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı gizir kimi fəaliyyətə başlamışdır. Azərbaycan Ordusunun giziri olan Samir Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib.
Sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər