Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əliyev Arif Ağalar oğlunun məzarı ziyarət edilib.

27 iyul 2026 | 10:27

Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, inzibatı ərazi dairəsi üzrə nümayəndəlik  əməkdaşları, şəhidin ailə üzvüləri və yaxınları iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib,

44 günlük Vətən müharibəsindən və uğurlu antiterror əməliyatından söz açılıb. Şəhidlərimizin əziz xatirəsi daima xalqımız tərəfindən anılacağı vurğulanıb.

   Əliyev Arif Ağalar oğlu 26 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 1990-cı il tarixində Kəlbəcər rayonunun Susuzluq kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub.

   1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əliyevlər ailəsi Göygöl rayonunda yaşamağa başlayıblar. Orta təhsilini Göygöl rayonunda davam etdirib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Universitetə qəbul olmuşdur. Universiteti bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Daha sonra Kəlbəcər rayon Susuzluq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə müavin vəzifəsində çalışan Arif Əliyev 04 iyun 2021-ci il tarixində Kəlbəcər rayon Susuzluq kəndində  xidməti vəzifəsini yerinə yetirərkən düşmənin təxribatı nəticəsində minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır. Ailəli idi. 05 iyun 2021-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər