Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həsənli Seymur Qələndər oğlunun ailəsi və məzarı ziyarət edilib

11 noyabr 2026 | 17:02

Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Oruczadə, İnzibati Ərazi dairəsi üzrə nümayəndəlik əməkdaşları,Daxili Qoşunların əməkdaşları,Polis əməkdaşları, şəhidin doğmaları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri Şəhid Həsənli Seymur Qələndər  oğlunun ailəsini və məzarını ziyarət ediblər.

Qeyd edək ki, Həsənli Seymur Qələndər oğlu 09 noyabr 1993-cü ildə Yevlax rayonunun Nurallar kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2000-ci ildə  Yevlax şəhər Malbinəsi kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Seymur hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirmişdir.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Seymur Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Noyabr ayının 7-də Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 11 noyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
       15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixində "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər