Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Mirzə Xəlifə oğlunun ildönümündə məzarı ziyarət edilib.

31 dekabr 2025 | 14:21
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Eyni zaman bayramla əlaqədar şəhid məzarlarını ziyarət edən şəhid ailələri ilə görüşülüb, onlara uca Allahdan səbr və dözüm, şəhidlərimizə rəhmət dilənib.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər