Şəhid Məhəmmədli İsmayıl Mahir oğlunun məzarı və ailəsi ziyarət edilib.
14 dekabr 2025 | 13:47
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, şəhidin doğmaları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.Şəhidin məzarı başında çıxış edən natiqlər Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Heydər Bəylərov, Tural Oruczadə 44 günlük Vətən müharibəsindən və uğurlu Lokal Antiterror əməliyatından söz açıb, İsmayıl kimi qəhrəman oğullarımızın şərəfli döyüş yolundan bəhs edərək, Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız və dövlətimiz tərəfindən anılacağı vurğulayıblar.Daha sonra Şəhid Məhəmmədli İsmayıl Mahir oğlunun ailəsi ziyarət edilib.
Qeyd edək ki, şəhid Məhəmmədli İsmayıl Mahir oğlu 01 yanvar 1996-cı ildə Gəncə şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. Orta məktəbi Gəncə şəhərində oxuyan İsmayıl 11 illik orta təhsilini başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində gizir kimi davam etdirib. Azərbaycan Ordusunun giziri olan İsmayıl Məhəmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 29 sentyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. 14 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






