Şəhid Mustafayev Əlzamin Baxış oğlunun məzarı ziyarət edilib.
06 oktyabr 2025 | 16:16
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Taleh Məmmədzadə Kəlbəcər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib, onların keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Mustafayev Əlzamin Baxış oğlu 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2005-ci ildə Tərtər rayonunda yerləşən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Hacıqabul rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Əlzamin Mustafayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 03 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






