Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qabilov İsmayıl Əli oğlunun məzarı ziyarət edilib.

05 dekabr 2025 | 16:49
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları Fikrət İsmayılov, Taleh Məmmədzadə, Abdullauşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Qabilov İsmayıl Əli oğlu 15 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. 1990-cı ildə Kəlbəcər şəhər Mozqaraçanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərində yaşamağa başlayıblar. Orta təhsilini Gəncə şəhər 8 saylı tam orta məktəbdə davam etmişdir. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran İsmayıl Qabilov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun çavuşu olan İsmayıl Qabilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Sentyabrın 27-i Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. Uzun müddətdən sonra nəşi tapılaraq ailəsinə təhvil verilmişdir. 05 dekabr 2020-ci il tarixində Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər