Şəhid Rzayev Ülfət Novruz oğlunun ailəsi və məzarı ziyarət edilib
16 noyabr 2026 | 08:50
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Elnur Bəşirov, inzibati ərazi dairəsi üzrə nümayəndəlik əməkdaşları, şəhidin doğmaları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri Şəhid Rzayev Ülfət Novruz oğlunun ailəsini və məzarını ziyarət ediblər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Rzayev Ülfət Novruz oğlu 11 fevral 2000-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2007-ci ildə Kəlbəcər rayon 68 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.
05 noyabr 2020-ci il tarixdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 13 noyabr 2020-ci ildə Tərtər rayon Cəmilli kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdi
Allah rəhmət eləsin!






