Şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ailəsi və məzarı ziyarət edilib
Ziyarətdə YAP Kəlbəcər rayon təşkilatını sədri Həbib Misirov,Kəlbəcər rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Elnur Bəşirov, nümayəndəlik əməkdaşları, şəhidin doğmaları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib, Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.44 günlük Vətən müharibəsindən və uğurlu Lokal Antiterror əməliyatından söz açıblar, Daşqın kimi qəhrəman oğullarımızın şərəfli döyüş yolundan bəhs edərək, Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız və dövlətimiz tərəfindən anılacağını vurğulayıblar. Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığını vurğulayaraq tarixi qələbə qazanıldığını və bu qələbədə Şəfiyevlər ailəsinində payı olduğunu qeyd edərək, Vətənin azadlığı, bütövlüyü yolunda canından keçmiş Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyərək bildirmişdir ki, Daşqında digər şəhidlərimiz kimi hər an bizim qəlbimizdə əbədi yaşayacaqdır.Bizlər Daşqın Şəfiyev kimi vətənə canlarını fəda etmiş igidlərimizin sayəsində biz doğma Kəlbəcərimizə, Qarabağımıza qayıdırıq.Bu gün dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev tərəfindən, hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə böyük diqqət və qayğı ayrılır, onları narahat edən məsələlərə həssaslıqla yanaşılır. Rayon İcra Hakimiyyətidə daima şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşıb, bundan sonrada bu yanaşma davam edəcəkdir. şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə hərtərəfli əhatə olunublar.Hidayət Şəfiyev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edib.






