Şəhid Vəliyev İbrahim Ələmşah oğlunun məzarı ziyarət edilib.
28 fevral 2026 | 09:29
Şəhid Vəliyev İbrahim Ələmşah oğlunun məzarı ziyarət edilib. Ziyarətdə Kəlbəcər və Zərdab rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hər iki rayonun ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, şəhidin məzarı üstünə gül dəstələri düzülüb.
Ziyarətdə dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açılıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salınaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 2020-ci il Fevralın 24-də Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb. Bu zaman ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.






