Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon nümayəndəliyinin tabeliyində olan müəssisələrdə " Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı ağaclara texniki qulluq göstərilmiş,yaşıllıq zonası təmizlənmişdir.
25 sentyabr 2024 | 12:26
“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən rayonda fəaliyyət göstərən idarə-müəssisə rəhbərləri ilə müşavirə keçirilmiş və tədbirlər planına uyğun olaraq “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olnumuş tədbirlərin keçirilməsi tapşırılmışdır. " Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun olaraq Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon nümayəndəliyinin tabeliyində olan müəssisələrdə " Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı ağaclara texniki qulluq göstərilmiş,yaşıllıq zonası təmizlənmişdir.