Səyyar qəbulda qaldırılan məsələ öz müsbət həllini tapıb.
28 avqust 2023 | 16:23
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 16 iyun 2023-cü ildə Daşkəsən rayonu, Zəylik kəndi, Zəylik kənd Mədəniyyət evinin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar qəbul keçirib. Rayon sakinləri Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciət edərək kənd sakinlərinin 250 kilovat gücündə yeni transformatorun quraşdırılmasına ehtiyac olduğunu vurğulayıblar.Rayon rəhbərliyi sakinlərin müraciətinə qanunamüvafiq qaydada baxılacağını bildirərək məsələnin həllinə nail olunmasına çalışacağını bildirmişdir. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin müvafiq tapşırığına uyğun olaraq Daşkəsən rayonu, Zəylik kəndi ərazsində məskunlaşmış rayon sakinlərinin tələbi ödənilərək 250 kilovat gücündə yeni transformator quraşdırılımış və sakinlərin istifadəsinə verilmişdir.
Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.