Şriftin ölçüsü :

Saytın rəngi :

“Son dövrlərdə gənclər arasında artan zorakılıq hallarının qarşısının alınması, pis vərdişlərə qarşı mübarizə yolları, məktəb-uşaq-şagird münasibətlərinin düzgün qurulması” mövzusunda təhsil işçiləri ilə konfrans keçirilib.

10 dekabr 2025 | 18:59
Kəlbəcər rayon İcra Hakimiyyətinin və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə reallaşan konfransda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlo, RİH başçısı aparatının məsul əməkdaşları, rayon ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri, hərbi rəhbərləri, psixoloqları, bağça müdirləri, tərbiyəçilər iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən natiqlər Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi, Polkovnik Zöhrab Camalov, Kəlbəcər rayon Prokurorunun böyük köməkçisi İslam Mahmudlu, Kəlbəcər Rayon Polis Şöbəsi ictimai təhlükəsizlik bölməsinin xidmət üzrə inspektoru , polis baş-leytenatı Faiq Əhmədov, Kəlbəcər rayon 115 nömrəli məktəbin psixoloqu Aygün Qarayeva və Kəlbəcər rayon 21 nömrəli məktəbin psixoloqu Səbinə Cəbrayılova bildiriblər ki, təhsil bizim dövlətimizin prioritet istiqamətlərindən biridir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllim nüfuzunun artırılması istiqamətində sistemli və davamlı işlər görülür. Məktəb yalnız təhsil məkanı deyil, məktəb insan formalaşdırır, cəmiyyətin sabahını yetişdirir. Uşağın uğuru yalnız müəllimin verdiyi biliklə deyil, həm də ailədə aldığı tərbiyə, məktəbdə qazandığı dəyərlərlə birbaşa bağlıdır. Buna görə də məktəb, valideyn və şagird arasında sağlam əməkdaşlıq mühiti formalaşmalıdır. Məktəb rəhbərləri bu üçbucağın mərkəzində dayanır və bu münasibətlərin düzgün qurulmasında önəmli rol oynayır. Son zamanlar istər məktəblərdə, istər məktəbdənkənar məkanlarda gənclər arasında fiziki qarşıdurmalar, psixoloji təzyiq, sosial şəbəkələrdə təhqir kimi hallar artmaqdadır.Bəzən bu hallaar ağır cinayətlərə gətirib çıxarır. Bu hadisələr isə artıq hüquq-mühafizə orqanlarının müdaxiləsini tələb edir. Bu, artıq sadəcə davranış yox, ictimai təhlükəsizlik və mənəvi tərbiyə məsələsidir. Belə halların qarşısını almaq üçün məktəbdaxili nəzarət, profilaktik tədbirlər və təbliğat işi gücləndirilməli, valideynlərlə real əməkdaşlıq olunmalıdır. Məktəb ərazisində müşahidə sistemləri və növbətçilik planları effektiv təşkil edilməlidir. Bu formatda keçirilən görüş bir daha sübut etdi ki, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi yalnız məktəbin və ya ailənin deyil, cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. İcra Hakimiyyəti bu məsələləri daim diqqətdə saxlayır və nəticəyönümlü işlərə önəm verir.
Yekun çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev vurğulayıb ki, bu gün toxunacağımız məsələ kifayyət qədər aktual bir məsələdir, çünki son dövrlərdə respublikamızın müxtəlif regionlarında gənclər arasında yaşanan qanlı insidentlər,yeniyetmələr arasında ölüm hallarının artması, onların kriminal aləmə, pis vərdişlərə meyilliliyi həm cəmiyyətimizi, valideynləri, eyni zamanda rayon rəhbəri kimi məni çox narahat edir. Aidiyyatı qurumlarla birlikdə şagirdlərlə daha sıx təmasda olan məktəb kollektivi ilə adı çəkilən mövzuda mövcud problemlərin həlli istiqamətində birlikdə mübarizə aparaq.
Hər bir Azərbaycan gənci bizim üçün dəyərlidir.Onların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə düzgün inteqrasiya olunması, ümummilikdə sağlam əqidəli, vətənpərvərlik hissləri ilə cilalanmış gənclərin yetişdirilməsi bu gün dövlətimizin prioritetlərindən biridir.Bu istiqamətdə möhtərəm cənab prezident tərəfindən müvafiq dövlət proqramları qəbul edilib, qanunvericilik bazası yaradılıb.
Dövlətimizin başçısı,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan gəncliyinə inanır ona güvənir.Şanlı Zəfər tariximizin yazılmasında dövlət başçımızın dediyi ki, əsas missiyanı cənab prezidentin rəhbərliyi dövründə yetişən nəsil yerinə yetirib.
Bu xüsusda gənclərimizi qorumaq, onları yan təsirlərdən mühafizə etmək hər birimizin borcudur.Biz gənclərimizlə mütamadi olaraq maarifləndirici söhbətlər aparmalıyıq, onlara Ümummilli Liderin siyasi irsini aşılamalıyıq, milli-mənəvi dəyərlərimizi öyrətməliyik, Azərbaycançılıq idealogiyası ilə cilalamalıyıq, vətəninə, xalqına, dövlətinə məhəbbət aşılamalıyıq , Möhtərəm Prezidentimizin yorulmaz fəaliyyətini, hörmətli Mehriban xanım Əliyevanın nəcib əməllərini, şanlı, hər günü bir qəhrəmanlıq səlanməsi olan Zəfər tariximizi gənclərimizə öyrətməliyik ki, o gənclərdə bir boşluq yaranmasın ki, başqa anti-milli qüvvələrin təsirinə düşməsin.
Mən inanıram ki, bu günki görüşümüz problemlərin həlli istiqamətində dönüş nöqtəsi olacaq, mövcud olan problemlər həllini tapacaqdır.Rayonun təhsil sektoru öz üzərinə düşən vəzifənin məsuliyyətini, ağırlığını dərk edir, məktəblərdə şagird-müəllim-valideyn münasibətlərinin dərinləşməsi istiqmətində öz işini qurmağı bacaracaqdır.
Keçidlər