“Sülh aylığı” çərçivəsində sərgisi
Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin inzibati binasında “Sülh aylığı” çərçivəsində sərgisi təşkil edilib.
Tədbirdə Kəlbəcər rayon icra hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri, rayon ziyalıları və gənclər iştirak ediblər.
Kəlbəcər rayon icra hakimiyyəti başçısı aparatından İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri, Heydər Bəylərov tədbiri açaraq bildirib ki, Birləşmiş Millətlər Təşkilatı bu günü 1981-ci ildə təsis olunub. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd edilib.
O,vaxtdan Beynəlxalq Sülh Günü sentyabrın hər 3-cü çərşənbə axşamı keçirilirdi. Lakin 2002-ci ildə BMT Beynəlxalq Sülh Günü üçün 21 sentyabr tarixini əsas tarix kimi müəyyənləşdirib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 21 avqust-21 sentyabr “Sülh aylığı” elan edilmiş və bununla bağlı 21 avqust 2026-cı il tarixdə xalqa müraciət ünvanlanmışdır. Sülh Aylığın keçirilməsində məqsəd bütün dünyada sülhün, təhlükəsizliyin və insan haqlarının qorunması demokratiyanın inkişafında əsas cəhət olduğunu bildirməkdir.
Tədbirdə Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin və Mərkəzi kitabxana Sisteminin əməkdaşları, çıxış ediblər. Çıxış edənlər bildiriblər ki, aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə töhfə verir.
Qeyd olunub ki, sentyabrın 21-dək rayonun kitabxanalarında, uşaq bağçaları və ümumtəhsil məktəblərində mövzu ilə bağlı tədbirlər, kitab və rəsm sərgiləri keçiriləcək.






