“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Kəlbəcər rayonunda könüllü qanvermə aksiyası keçirilmişdir.
22 oktyabr 2025 | 15:05
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Kəlbəcər rayonunda könüllü qan vermə aksiyası keçirilmişdir.Qanvermə aksiyasında Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in əməkdaşları inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, rayonda fəaliyyət göstərən müxtəlif idarə müəssisə və təşkilatların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.aksiyada toplanan qanın irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, Xüsusən də irsi qan xəstəliklərinin profilaktikası və müalicəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış, bu sahədə müvafiq qanunlar qəbul edilmişdir.
Eləcə də Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı 20 ilə yaxındır ki, ölkəmizdə minlərlə insanın həyatında ümid, gələcək nəsillərin sağlam böyüməsinə real təminat bəxş edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə həssas münasibətinin bariz nümunəsi olan proqramın mahiyyəti yalnız mövcud xəstələrin müalicəsi ilə məhdudlaşmır, həm də xəstəliyin genişlənməsinin qarşısının alınması, sağlam donor qanının təminatı kimi vacib sahələri əhatə edir.






