Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI qurultayı ilə əlaqədar olaraq Kəlbəcər rayonunda, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarla və ictimaiyyət nümayəndələri ilə tədbir keçirildi.
04 oktyabr 2023 | 17:49
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədəova, RİH-in məsul əməkdaşları, rayonun ictimai-siyasi həyatında mühüm rol oynayan qadınlar iştirak edib.Tədbir iştirakçıları əvvəlcə Ümumilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükütla yadd edilib.Çıxış edən natiqlər Azərbaycan qadınlarının cəmiyyətimizdəki nüfuzundan, dövlətimizin inkafında və idaretməsindəki rolundan söz açıb.Bildirilib ki, Şərqdə və müsəlaman aləmində qadına seçki hüququ verən ilk dövlətdə Azərbaycan olub.Natiqlər qadın haqqlarının qorunması istiqamətində dövlətin apardığı davamlı sosial, iqtisadi islahatlardan,qanunvericilik bazasının daha da möhkəmləndiliməsindən bəhs ediblər.
Vurğulanıb ki, bu gün ölkəmizdə və beynəlxalq aləmdə Azərbaycan qadının simasi olan Birinci vitse-prezident Mehriban xanın Əliyevanın xidmətləri danılmazdır.Onun həyat fəlsəfəsi hər bir qadın üçün örnəkdir.Rayonun ictimai-siyasi həyatında fəal rol oynayan qadınlar əminliklərini ifadə edərək bildiriblər ki, hər zaman dövlətimizin başçısı,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanındadırlar, onun apardığı daxili və xarici siyasəti dəstəkləyirlər.
Tədbirdə eyni zamanda rayon qadınlarının problemləri, çətinlikləri, gender bərabərlliyi, məişət zorakılığı, erkən nikahlar və onların fəsadları, qəyyumluq və himayəçilik, erkən boşanmalar, ailə dəyərlərinin qorunması və s. mövzulardan söz açılıb.
Daha sonra Azərbaycan Qadınlarının VI Qurultayına iki nəfər nümayəndə seçilmiş, xanımlar tərəfindən bir neçə təkliflər irəli sürülmüşdür.