Ümumdünya Statistika Günü Kəlbəcər rayonunda qeyd olunub.
14 oktyabr 2025 | 14:15
14 oktyabr 2025-ci il tarixində Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Kəlbəcər Rayon Təşkilatı və rayon statistika idarəsinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli, 69/282 nömrəli Qətnaməsinə uyğun olaraq “Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək" şüarı altındaÜmumdünya Statistika Gününə həsr edilmiş geniş tərkibdə iclas keçirilmişdir.
İlk öncə Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülmüş, daha sonra dövlət himni səslənirilmişdir. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri xanım Fərqanə Əhmədova, YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, rayon statistika idarəsinin rəisi Ramil Salmanov, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Ramil Salmanov bu günün təsis edilməsində məqsədin statistikanın cəmiyyətin inkişafında rolunu vurğulamaq, rəsmi statistikanın etibarlılığını, peşəkarlığını və faydasını nümayiş etdirmək, statistika mədəniyyətini, şəffaflığını və məlumat mübadiləsini təşviq etmək olduğunu qeyd etmişdir.
Milli statistika sisteminin inkişafının məhz Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar çərçivəsində 18 fevral 1994-cü ildə imzalanmış "Statistika haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə statistika sahəsində yeni bir dövrün başlanmasına təkan verdiyini qeyd edimişdir.
Statistikanın qarşısında duran əsas vəzifələr kimi müasir metodologiyaların hazırlanması və tətbiqi, Milli Hesablar Sisteminin qurulması, yeni statistika sahələrinin yaradılması və təkmilləşdirilməsi, istifadəçilərin statistik məlumatlara olan tələbatının ödənilməsi, elektron statistikanın inkişafı, metaməlumatlarınişlənilməsi, statistika orqanlarının maddi-texniki bazasının gücləndirilməsi və s. istiqamətlərdə mühüm tədbirlər görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov və digər çıxış edən natiqlər qeyd ediblər ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəsmi statistikanın inkişafı ilə bağlı təsdiq etdiyi üç dövlət proqramı ilə Dövlət Statistika Komitəsinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaratmışdır.Eyni zamanda vurğulanmışdır ki, rayon rəhbərliyinin idarəetmə prosesində, rayonun sosial-iqtisadi inkişaf prosesində statistik məlumatların obyektivliyinə və etibarlılığına xüsusi önəm verir və onların tətbiqini rayonda prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib.






