Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib

16 noyabr 2026 | 08:51
Noyabrın 13-də Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə “Hüquqlarımızı bilək, gələcəyimizi quraq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Kəlbəcər Rayon İcra Hakimiyyəti, Kəlbəcər rayonu üzrə Gənclər və İdman Sektoru ilə Kəlbəcər rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə rayonun 11 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub.
Tədbiri Gənclər və İdman Sektorunun müdiri Musa Məmmədov açaraq mövzunun əhəmiyyətindən, uşaqların hüquqlarının qorunmasının və bu sahədə maarifləndirmə işlərinin vacibliyindən danışıb.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Uşaq hüquqları üzrə komissiyasının məsul katibi Oktay Cabbarov çıxış edərək uşaqların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, Uşaq Hüquqları Konvensiyasının əsas prinsipləri, azyaşlıların hüquq və vəzifələri, onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin olunması barədə ətraflı məlumat verib. O, həmçinin uşaqların hüquqlarının qorunmasında valideynlərin, təhsil müəssisələrinin və cəmiyyətin üzərinə düşən məsuliyyəti vurğulayaraq, bu istiqamətdə maarifləndirmə tədbirlərinin əhəmiyyətini diqqətə çatdırıb.
Digər çıxış edən Kəlbəcər Rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis kapitanı Elşən Həsənov və Gənclər və İdman Sektorunun baş məsləhətçisi Faiq Kamranzadə mövzu ilə bağlı fikirlərini bölüşərək uşaqların təhlükəsizliyinin təmin olunması, hüquqlarının müdafiəsi və hüquqi biliklərinin artırılması barədə danışıblar.
Sonda yeniyetmə və gəncləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Keçidlər