Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zamanın fövqündə dayanan əbədiyaşar lider” mövzusunda tədbir keçirilib.
10 may 2026 | 16:39
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası İdarə Heyyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər. Kəlbəcər rayon Mədəniyyət sarayında Ulu Öndərin həyatını əks etdirən fotoguşəyə baxış keçirilib. Tədbirdə Heydər Əliyevin zəngin həyatını və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən natiqlər Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası İdarə Heyyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Aqrar elmləri üzrə fəlsəfə doktoru Seymur Xəlilov Ümummilli Liderin xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb.Bildiriblər ki, məhz Ulu Öndər Heydər Əliyev xalqın ən çətin dövründə xilaskarlıq missiyasını üzərinə götürərək xalqını və dövlətini bəlalardan qurtarmış, ictimai-siyasi sabitliyi bərpa etmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtərəfli inkişafına nail olmuşdur.Eyni zamanda çıxış edənlər xalqın xilaskar oğlunun Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, inkişafındakı misilsiz əmək sərf etməsindən, xalqın rifahının yüksəldilməsində əvəzsiz xidmətlərindən, dünya siyasətinə və onun siyasi idealogiyasının bu gündə ölkəmizin inkişafına verdiyi töhfələrdən danışıb, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən, onun Azərbaycanın bu günü və gələcəyi üçün qoyduğu siyasi idealogiyadan bəhs ediblər.
Tədbirdə vurğulanıb ki, Ümummilli Liderin əziz xatirəsi hər zaman yaşayacaq və onun adı, qoyduğu irs Azərbaycanla birlikdə çəkiləcəkdir.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən, Yeni Azərbaycan Partiyası İdarə Heyyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov təltif edilib.
Daha sonra tədbir konsert proqramı ilə davam edib.






