Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqların Hüquq və Mənafelərinin Təmin Olunmasında Himayədar Ailə İnstitutunun Rolu

15 sentyabr 2026 | 17:09

 

Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin inzibati binasında  “Uşaqların hüquq və mənafelərinin  təmin olunmasında himayədar ailə institutunun rolu”  mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Kəlbəcər rayon icra hakimiyyətinin əməkdaşları, mədəniyyət işçiləri, rayon ziyalıları və gənclər iştirak  ediblər.

Uşaqların hüquq və mənafelərinin qorunması, onların sağlam və təhlükəsiz ailə mühitində böyüməsinin   təmin edilməsi dövlətin əsas prioritet istiqamətlərindən biridir. Hər bir uşağın ailə qayğısı, diqqət və məhəbbətlə əhatə olunması, təhsil və tərbiyə alması, sosial və psixoloji inkişafı üçün əlverişli şəraitə malik olması mühüm  əhəmiyyət daşıyır.

Bu baxımdan himayədar ailə institutunun yaradılması və inkişaf etdirilməsi valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitinə inteqrasiyası baxımından mühüm sosial əhəmiyyət kəsb edir. Himayədar ailə uşağın hüquq və mənafelərinin qorunmasına, onun fərdi xüsusiyyətləri nəzərə alınmaqla qayğı və tərbiyə ilə təmin edilməsinə, cəmiyyətə fəal inteqrasiyasına imkan yaradır.

Himayədar ailələr uşaqlara yalnız yaşayış yeri deyil, həm də sağlam mənəvi-psixoloji mühit, qayğı və dəstək göstərməklə onların gələcək həyata hazırlanmasında mühüm rol oynayırlar. Bu prosesdə uşaqların təhsil, səhiyyə, sosial müdafiə və digər hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilməsi vacibdir.

Himayədar ailə institutunun səmərəli fəaliyyəti üçün əhalinin maarifləndirilməsi, ailələrin bu istiqamətdə məlumatlandırılması, himayədar valideyn olmaq istəyən şəxslərə zəruri dəstəyin göstərilməsi və uşaqların mənafelərinin daim diqqətdə saxlanılması mühüm şərtlərdəndir.

Nəticə etibarilə, himayədar ailə institutu uşaqların ailə mühitində böyüməsinə, onların hüquq və mənafelərinin etibarlı şəkildə qorunmasına və cəmiyyətə sağlam inteqrasiyasına xidmət edən mühüm sosial mexanizmlərdən biridir. Bu sahədə dövlət qurumları, yerli icra hakimiyyəti orqanları, ictimaiyyət və ailələr arasında əməkdaşlığın gücləndirilməsi uşaqların rifahının daha yüksək səviyyədə təmin edilməsinə mühüm töhfə verə bilər.

Keçidlər