Vətən Müharibəsi Qəhrəmanı,şəhid Anar Əliyevin ailəsi və məzarı ziyarət edilib
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Eldəniz Mehtiyev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH-in məsul əməkdaşları,Vətən müharibəsi veteranları,qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
ziyarət zamanı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Eldəniz Mehtiyev, qeyd edib ki, 44 günlük Vətən müharibəsində və anterror əməliyyatlarında Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərib. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuz düşməni məhv etdi. Ərazi bütövlüyümüz tam bərpa edildi. Vurğulanıb ki, Anar Əliyev kimi qəhrəman oğullarımızın sayəsində xalqımız başını dik tutub,ərazi bütövlüyümüz tam bərpa edilib, müqəddəs bayrağımız qürurla dalğalanır.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Əliyev Anar 44 günlük Vətən müharibəsində Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı , "Vətən uğrunda" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət eləsin!






