Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Abdullayev Həsən Aydın oğlunun ailəsi və məzarı ziyarət edilib.

02 oktyabr 2026 | 14:43

Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Tural Oruczadə, Vüsal Yusifov, YAP  Kəlbəcər Rayon təşkilatının əməkdaşları,  Zivel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, DİN-in Daxili Qoşunlarının əməkdaşları, şəhidin döyüş yoldaşları  şəhidin yaxınları, məktəblilər, ictimaiyyət nümayəndələri  iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.

 

44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.

Qeyd edək ki, şəhid Abdullayev Həsən Aydın oğlu 15 oktyabr 1990-cı ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Abdullayevlər ailəsi İsmayıllı rayonunun Quşencə kəndində yaşamağa başlayıblar. Orta məktəbi İsmayıllı rayonunun Quşencə kəndində oxuyub. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Həsən Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi. 02 oktyabr 2020-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində dəfn edilib.

15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

 

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər