Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi, leytenant Atayev Nicatın məzarı ziyarət olunub.

27 sentyabr 2024 | 16:25
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və sentyabrın 27-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində Şəhid olmuşdur. Bakı şəhəri II Şəhidlər Xiyabanında dəfn olunub. N.Atayevə ölümündən sonra Azərbaycan cənab İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı, Xocavəndin azad olunmasına görə" və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir.
Keçidlər