Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi olan Bayramov Samir Elxan oğlunun doğum günü ilə bağlı anım mərasimi keçirilib

15 avqust 2022 | 14:58
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Vətən Müharibəsi şəhidi olan Bayramov Samir Elxan oğlunun doğum günü ilə bağlı Göygöl Rayon Şəhidlər Xiyabanındakı məzarı başında anım mərasimi keçirilib. Ziyarətçilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub və əziz xatirəsini anıblar.
Mərasimdə Şəhidin ailə üzvləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hər iki rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcədə idarə, müəssisə rəhbərləri, qazilər, şəhid ailələri, şəhid yaxınları, və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Samir Bayramovun keçdiyi şərəfli döyüş və ömür yolundan söz açılıb, şəhidlərimizin qəhrəmanlığından bəhs edilib.Bildirilib ki , şəhidlərimizin qisası layiqincə alınıb.
Anım mərasimində çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev öz çıxışlarında qeyd ediblər ki, Müzəffər Ali baş Komandan cənab İlham Əliyev bütün təsirlərə qarşı qətiyyət və sarsılmaz iradə nümayiş etdirərək, xalqını bir amal uğrunda birləşdirib, Ali Baş Komandan kimi döyüş əmri vermiş, rəşadətli əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı, şücaəti hesabına düşmənin başına sarsılmaz dəmir yumruq endirilmiş və tarixi zəfər qazanılmışdır. Eyni zamanda bildirilib ki, qəhrəman oğullarımız əsl fədakarlıq və qəhrəmanlıq göstərərək öz həyatları bahasına torpaqlarımızı düşməndən təmizləyib, Azərbaycan xalqına qələbə sevinci bəxş etdiribdir. Məhz bunun nəticəsidir ki, Respublikamızın hər yerində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətli Azərbaycan bayrağı dalğalanır.Neçə ki, Azərbaycan var, üç rəngli şanlı bayrağımız səmalarda dalğalanır , şəhidlərimizdə hər zaman var olacaqdır və daima xatırlanacaqdır.Bu gün dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şədidlərimizin əziz xatirəsini daima uca tutaraq, şəhid ailələrinə və qazilərimizə xüsusi diqqət və qayğı göstərir, onlara yüksək həssaslıqla yanaşırlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Şəhidimizin doğum günündə Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin və Göygöl şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri, şəhidlərə həsr olunmuş bədii kompozisiya ilə çıxış ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Bayramov Samir Elxan oğlu 1996-cı il avqustun 15-də Kəlbəcər rayon Qılınclı kənd sakini olmaqla, Göygöl rayonunun Yeni Zod kəndində  anadan olub.  Samir Bayramov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonar dekabrın 2–də nəşi tapılıb. Dekabrın 3-də Göygöl rayon Şəhidlər xiyabında dəfn olunub. Şəhid Bayramov Samir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
Keçidlər