Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Məhərrəmli Fuad Füzuli oğlunun və Məmmədov Cavad Səfiyar oğlunun ildönümü ilə əlaqədar Şəhidlərimizin məzarları ziyarət edilib,

29 sentyabr 2022 | 12:51
Göygöl rayon Şəhidlər xiyabanında dəfn olunan şəhid Məhərrəmli Fuad Füzuli oğlunun və baş leytenant Məmmədov Cavad Səfiyar oğlunun ildönümü mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, , rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Göygöl RİH-nin məsul əməkdaşları, şəhid ailələri, yaxınları, qazilər, müharibə iştirakçıları iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, şəhidlərimizin döyüş yolu barədə söhbət açılıb və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. Eyni zamanda qeyd olunub ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdi. Üçrəngli bayrağımız Respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
RİH-nin başçısı şəhid ailələri ilə yaxından maraqlanıb, qayğı və ehtiyaclarını öyrənib, onlara dərin hüznlə başsağlığı verib.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Məhərrəmli Fuad Füzuli oğlu 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. 2007-ci ildə Bakı şəhər Suraxanı rayon Yeni Ramana qəsəbəsində yerləşən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi bitirdikdən sonra 2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Fuad hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun əsgəri olan Fuad Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib.
28 sentyabr 2020-ci ildə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 29 sentyabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Məmmədov Cavad Səfiyar oğlu 25 may 1980-ci ildə Göyçə mahalında doğulub. Baş leytenant 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Şəhid baş leytenant Cavad Məmmədov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “ Rəsadət” ordeni, “Vətənə uğrunda” və“ Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Bildiririk ki, şəhid Cavad Məmmədov İsmayıllı rayon sakinidir,onun həyat yoldaşı isə Kəlbəcər rayon sakinidir.Şəhidimizin iki övladı Vətənə əmanət qalıbdır.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Keçidlər